Türkiyədə çoxmərtəbəli binada yanğın zamanı 29 nəfər ölüb
3-04-2024, 08:38
Türkiyədə İstanbul vilayətinin Şişli rayonunda 16 mərtəbəli binada yanğın olub.
Türkiyə KİV-i xəbər verir ki, hadisə Posta küçəsində olub. Yanğın nəticəsində 29 nəfər ölüb, xeyli adam yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Yanğın binanın mənfi 1 və mənfi 2-ci mərtəbələrində yerləşən gecə klubunda baş verib. İlkin məlumata görə, klubda aparılan təmir işləri zamanı yanğın baş verib. Ölən və yaralananların oranın işçiləri olduğu bildirilir.
Bundan başqa, 5 şübhəlinin saxlanıldığı bildirilir.