Türkiyənin ən məxfi sənədi – "Qırmızı kitab" yenilənəcək

4-04-2024, 11:20           
Türkiyənin ən məxfi sənədi – "Qırmızı kitab" yenilənəcək
Türkiyənin yenilənmiş milli təhlükəsizlik strategiyası bu ilin sonuna qədər təsdiq üçün təqdim olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT" telekanalı məlumat yayıb.

Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevral ayında yeni beynəlxalq çağırışlar və təhdidləri nəzərə alaraq milli təhlükəsizlik strategiyasının yenilənməsi barədə göstəriş verib.

Sonuncu dəfə ona əsaslı dəyişikliklər 2019-cu ilin sentyabrında edilib.

“Qırmızı Kitab” kimi tanınan Milli Təhlükəsizlik Siyasəti Sənədi dövlətin daxili və xarici siyasətinə təsir edən siyasi, hərbi və iqtisadi amilləri müəyyən edir, milli təhlükəsizliyin təmin edilməsinin prioritetlərini, məqsəd və üsullarını müəyyən edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru