Türkiyədə 29 nəfərin ölümünə səbəb olan şəxslər HƏBS EDİLDİ

6-04-2024, 11:30           
Türkiyədə 29 nəfərin ölümünə səbəb olan şəxslər HƏBS EDİLDİ
Türkiyədə 29 nəfərin ölümünə səbəb olan yanğınla əlaqədar 8 nəfər həbs edilib.

Türkiyə mediasına istinadən xəbər verilir ki, prokurorluğun başlatdığı istintaq çərçivəsində 11 nəfər saxlanılıb.

İstanbul Ədliyyəsi Müraciət Prokurorluğunda ifadələri alınan 11 şübhəlidən 9-u "ehtiyatsızlıq nəticəsində birdən çox adamın ölümünə səbəb olmaq" maddəsinə görə həbs tələbi ilə Sülh Cəza Hakimliyinə sövq edilib. Digər iki şübhəli isə prokurorluğa ifadə verdikdən sonra sərbəst buraxılıb.

Sülh Cəza Hakimliyində əməliyyatları tamamlanan 9 şübhəlidən 8-i həbs olunub, 1-i isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Qeyd edək ki, aprelin 2-də İstanbulun Beşiktaş şəhərindəki "Masquerade" gecə klubunun təmiri zamanı yanğın baş verib. Yanğın nəticəsində içəridə işləyən 29 işçi həlak olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.