“Türkiyə İsrailə embarqo tətbiq etmiş ilk ölkə oldu”

10-04-2024, 12:18           
“Türkiyə İsrailə embarqo tətbiq etmiş ilk ölkə oldu”
Bu günədək heç bir beynəlxalq embarqo qərarı verilməsə də, Türkiyə bu qərarı ilə İsrailə ixraca qadağa tətbiq etmiş ilk ölkə oldu.

Bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat TRT Haber-in efirində deyib.

O bildirib ki, beynəlxalq ictimaiyyətə siqnal vermək məqsədilə İsrailə ixracımıza, xüsusən də mühüm mallara məhdudiyyət qoyulub:

“Bunu edərkən itkilərə önəm vermədik. Bizim üçün önəmli olan qəzzalıların zülmünə son qoymaqdır. Müəyyən etdiyimiz məhsullar İsrail üçün vacib məhsullardır”, – nazir qeyd edib.

Türkiyə ilə Fələstin arasındakı ticarətin İsrail gömrüyündən keçdiyini xatırladan məmur bu embarqodan Fələstinin də təsirlənəcəyinə diqqət çəkib. O, Fələstinin iqtisadiyyat naziri Məhəmməd Əl-Amurun telefon danışığı zamanı bu qərara görə Ankaraya minnətdar olduğunu vurğulayıb:

“Onlar Türkiyədən Fələstinə ticarətin bu qərardan təsirlənə biləcəyinə baxmayaraq, bu qərarın əsas məqsədinin İsrailin təcavüzünü dayandırmaq, dərhal atəşkəs əldə etmək və Qəzzaya humanitar yardım karvanlarının keçməsini təmin etmək olduğunu bildiklərini çatdırıblar və bunun üçün təşəkkürlərini bildiriblər”.

Mənbə: qafqazinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru