Türkiyə ordusu İraqın şimalında daha 5 terrorçunu zərərsizləşdirib

11-04-2024, 07:04           
Türkiyə ordusu İraqın şimalında daha 5 terrorçunu zərərsizləşdirib
Türkiyə ordusu İraqın şimalında PKK terrorçularına yeni zərbələr endirib.

AZƏRTAC Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, aprelin 10-da keçirilən əməliyyat nəticəsində daha beş terrorçu zərərsizləşdirilib.

Nazirliyin açıqlamasında, “Şəhidimizin qanı yerdə qalmadı, qalmayacaq!”, – ifadəsi yer alıb.

Aprelin 9-da terrorçuların İraq ərazisində açdığı atəş nəticəndə ağır yaralanan 26 yaşlı çavuş Hikmet Aslan həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib. Şəhid bu gün Niğde vilayətində dəfn olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru