Qazaxıstan əcnəbilər üçün benzin və dizelin qiymətini bahalaşdıracaq

11-04-2024, 13:18           
Qazaxıstan əcnəbilər üçün benzin və dizelin qiymətini bahalaşdıracaq
Qazaxıstan istehlak həcmindən və nəqliyyat vasitələrinin mənşəyindən asılı olaraq "Aİ-92", "Aİ-93" markalı benzin və dizel yanacağının qiymətini əcnəbilər üçün bahalaşdırmağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyi məlumat yayıb.

Layihədə nəzərdə tutulub ki, "Aİ-92" və "Aİ-93" markalı benzinin 1 litrinin qiyməti xaricilər üçün 245 tenge (0,5 dollar) müəyyən edilsin. Lakin Qazaxıstanda verilmiş sürücülük vəsiqəsi təqdim edildikdə və alınan yanacağın həcmi sutkada 100 litrə qədər olarsa, qiymət eyni qalacaq - litr üçün 205 tenge (0,45 dollar).

Sənəddə dizel yanacağının qiymətinin bir litr üçün 315 təngə (0,7 dollar) olacağı nəzərdə tutulur. Qazaxıstanda verilmiş sürücülük vəsiqəsi təqdim edildikdə və alınan yanacağın həcmi sutkada 100 litrə qədər olarsa, qiymət eyni qalacaq - litr üçün 295 tenge (0,65 dollar).

Qeyd olunub ki, qiymətlərin dövlət tənzimlənməsi səbəbindən Qazaxıstan Avrasiya İqtisadi İttifaqı ölkələri arasında yanacaq-sürtkü materiallarının ən aşağı qiymətinə malik ölkədir ki, bu da neft məhsullarının başqa ölkələrə daşınmasına səbəb olur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.