İstanbula uçan təyyarədə həyəcan dolu anlar yaşandı
13-04-2024, 15:04
Türk Hava Yollarına məxsus təyyarə bomba təhlükəsi səbəbindən Buxarestdə məcburi eniş edib.
Qeyd olunub ki, hadisə TK1766 Varşava-İstanbul reysi zamanı baş verib. Ekipaj göyərtədə bomba olması ilə bağlı məlumat alıb.
Hava limanında təyyarə fövqəladə hallar briqadaları tərəfindən qarşılanıb və yoxlanılıb. Sərnişinlər hava limanının terminalına göndəriliblər. Mənbə: hurriyet.com