BİZANS İMPERATORUNA "ATAM" DEYƏN OSMANLI SULTANI

14-04-2024, 17:08           
BİZANS İMPERATORUNA "ATAM" DEYƏN OSMANLI SULTANI
«İMPERATOR" MANUİL MƏHƏMMƏD ÇƏLƏBİNİN təkbaşına hökmdar olduğunu eşitdikdə, sarayının ən öndə gələnlərindən və zadəganlardan bir elçi heyəti göndərdi və İSTANBULDA olduğu zamanlarda Bizans imperatoruna verməyə müvafiqət etdiyi yerlərin verilməsini istədi. Məhəmməd Çələbi, bu elçi heyətinə hüsn-ü qəbul göstərərək və bunlarla anda bağlı müahidələr əqt edərək, Qara dənizdə YERLƏŞƏN bütün qalaları, Fessaliyadakı kəndləri və qalaları, Mərmərə dənizindəki bütün qalaları verdi. Bu elçi heyətinə ezaz və ikramda bulundu; bir çox hədiyyələr verərək,salamatlıqla getmələrinə icazə verdi. Özlərinə dedi ki, “GEDİNİZ və mənim atam Bizans imperatoruna deyiniz ki, Allahın inayəti ilə və atam olan imperatorun əməli yardımı ilə, atamın taxtında oturub, iqtidarı əlimə aldım. Bu gündən ETİBARƏN də övlad atasına necə itaət edərsə, əmirlərinə elə tabeyəm və tabe qalacağam, nankor deyiləm və kafir-i nemət də olmayacağam. Arzu etdiyi hər şeyi mənə əmr etsin, mən də kamal-i məmnuniyyətlə özünə XİDMƏT etməyə hazıram”.»
DUKAS, BİZANS TARİHİ. — İSTANBUL: FETHİ DERNEĞİ, 1956, səh.59.
Sevda Amanova













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru