TSK-dan yeni açıqlama:"Bir tankımız vuruldu, 3 yaralımız var, qaçan terroristlər məhv edildi"

31-08-2016, 09:53           

Türkiyə Silahlı Qüvvələri (TSK) Suriyada həyata keçirdiklləri "Fırat qalxanı" əməliyyatı ilə bağlı az əvvəl açıqlama yayıb.

Strateq.az xəbər verir ki, TSK-nın açıqlamasında bu gün Cerablusun qərbində terroristlərin bir türk tankına raketlə atəş açdığı bildirilib:

"Atəş nəticəsində tanka yüngül zərər dəyib. 3 qəhrəman silah yoldaşımız isə yaralanıb. Yaralılar dərhal xəstəxanaya qaldırılıblar. Səhhətləri yaxşıdır".

TSK bildirir ki, hadisədən dərhal sonra terroristlərə qarşı şəhərin qərb istiqamətində əməliyyat başlayıb: "Tankımıza raketlə atəş açan, 3 əsgərimizi yaralayan terrorist dəstə isə qaçmaq istəyərkən, birliyimiz tərəfindən məhv edildi".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.