İşdən azad edilmiş hakim və prokurorlara çağırış:"İşinizə dönə bilərsiz"

2-09-2016, 14:46           
İşdən azad edilmiş hakim və prokurorlara çağırış:"İşinizə dönə bilərsiz"
Türkiyədə işdən azad edilmiş hakim və prokurorların işə qayıtmalarına icazə verilib.

Türkiyə mediasının xənərinə görə, vaxtı ilə öz istəyi ilə təqaüdə çıxan hakim və prokurorlar istədikləri təqdirdə işlərinə qayıda biləcəklər. Bunun üçün onlar yaxın iki ay müddətində müvafiq ərizə ilə müraciət etməlidirlər.

Onu da xatırladaq ki, Türkiyənin Hakim və Prokurorlar Ali Şurası (HSYK) hərbi çevrilişə cəhdlə əlaqəli 3390 hakim və prokuroru işindən azad edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.