PROTO - ALBAN DİLİNİN TARİXİ HAQQDA
4-04-2025, 10:54

Bu gün mən Azərbaycan ərazisində uzun illər işlək dil olan, “Dədə Qorqud” dastanın yazı dillərindən biri olan Alban dili barədə qısa qeydlərimi edəcəm.
Mən yenə iddiamda qalıram ki, “Dədə-Qorqud” dastanı Albaniya ərazisində yaşayan 24 Turk və 2 qeyri-Turk xalqlarının hamısını əhatə edən xalqlardan bəhs edir. Üstünlük isə Oğuz, Qıpçaqlara verilsədə dastanda Albanlar haqqında da kifayət qədər məlumat var.
Zaman-zaman xalqımıza qarşı düşmən kəsilənlərin sehirli əlləri bu qədim eposun tərcüməsi zamanı da özünü göstərmişdir. Dastanda qeyd edilən Alpanlar sözü Alplar sözü ilə əvəzlənmişdir.
Onlardan biri də məhz Türkiyəli tədqiqatçı Ergin idi. O, Dədə Qorqud dastanını Türk dilinə tərcümə edən zaman nüsxədə felən rastlaşdığı “alpanlar” sözünü “alplar” sözü ilə əvəz etmişdir. Lakin sonradan öz səhvini başa düşən alim etiraf etmişdir ki, Drezden əlyazmasında hər iki halda “alpanlar” yazılıb.
Kitabda “alpanlar” etnoniminə rast gəlinməsi onun Azərbaycanda baş verən hadisələrlə bağlı olduğunu və Azərbaycanda ərsəyə gəldiyini sübut edən dəlildir. Bu xalq eradan əvvəl IV əsrdən etibarən X yüzilliyə qədər 1500 illik bir vaxt ərzində Azərbaycanda yaşamışdır.
Fransız şərqşünası Ejen Bore bu sahədə tədqiqatlarını Qafqazda aparıb və bu günə qədər öz sənədlərini üzə çıxarmayan ermənilərin məhşur Matedaran arxivində çalışandan sonra etiraf etmişdir ki, onu məcbur edirdilər ki, alban dilini "erməni dili" kimi tədqiq etsin, lakin o bunu etməyib və 1838-ci ildə Fransa Elmlər Akademiyasına ünvanladığı bir məruzəsində bildirirdi ki, əlyazmaların birində o, alban əlifbasını aşkara çıxarıb. Onun yazdığına görə, bu əlifba erməni əlifbası ilə heç bir əlaqəsi yoxdur.
Alban dili yeni minilliyin başlanğıcında başqa türk etnoslarının dili ilə qaynayıb-qarışaraq formalaşmış Azərbaycan türk dili idi: Tədqiqatçılar alban dilinin mənşəyini izah etmək üçün saysız toponim və antroponimlər üzərində etimoloji araşdırmalar aparmış, etnonimlərin etimoloji izahını vermişlər.
Bugünkü müasir dilimizin spesifik fonetik, leksik və qrammatik xüsusiyyətləri, əlbəttə, onun xalis oğuz mənşəli olmasını sübut edir.
Lakin unutmaq olmaz ki, Azərbaycan dili təkcə oğuz dilləri qrupu əsasında formalaşmayıb və formalaşa da bilməzdi. Hələ bu 16 gün də dilimizdə qıpçaq və qismən də karluq-uyğur qrupu dillərinin ünsürləri də qalmaqdadır.
Məhşur şərqşünas V.V.Bartold qeyd edir ki: “Azərbaycan ərazisində qarqar toponimləri çoxdur. “Qarqar” və ya “Karkar” toponimi geniş işlənmə arealına malik olmuşdur. Məhz Alban dilinin yaradılması da Qarqar dilinin əsasında formalaşıb."
Qarqarlar Qarabağ ərazisində yaşayan böyük tayfa idilər və onların əsas şəhəri Ağdam idi. Burda Beniamin Qarqar Alban əlifbasını yaratmışlar. Danışıq dili əsasında formalaşan ilk Əlifba Albaniyada danışıq və yazıda istifadə edilmişdir.
Bütün bunlar bir şeyi təsdiq edir ki, bu dövr Albaniyada yazının, maarifin, məktəbin inkişaf etdiyi dövrdür. Bu barədə 1854–cü ildə Venesiya da dərc edilən yazıda qeyd edilir“...Sonra o (Beniamin), Alban ölkəsinə yollandı, onların əlifbasını dəyişdirdi (yenilədi), tədrisatı bərpa etdi..
Mхitar Qoşun “Törə bitiyi” kitabında yazılır: alban əlifbası məhz qarqar (qıpçaq) dili əsasında yaradılıb və bu işdə qarqar Beniaminin böyük rolu var. O da faktdır ki, alban əlifbası məhz qıpçaq – qarqar dili əsasında yaradılmışdı və bu dil Albaniyanın ədəbiyyat və dövlət dili funksiyasını ifa etmişdir.
Doğrudur, əski rus-sovet elmindən gələn ənənəyə əsaslanaraq, bir çoxları qarqarları qafqazdilli xalq hesab etməkdə davam edirlər. Azərbaycanın aborigen tayfalarının - kutilər, lullular, sular, turukkilər, kaslar, kaspilər, mağlar, utilər, mannalılar, madalılar, albanlar və b-nın, sakların, skiflərin, kimmerlərin mənşəyi qəsdən dolaşdırılır, ümumxalq Azərbaycan dilinin, şifahi və yazılı ədəbi dilimizin təşəkkül tarixi qəsdən gizlədilir.
Lakin cənab fakt tamam başqa şeyi diktə edir.
Gürcü alimi İ.V.Abuladzenin 1937– ci ildə Matedaranda tədqiqatlar apararkən, XVI əsrə aid bir ermənidilli əlyazmada rast gəldiyi 52 hərfli əlifbanı alban əlifbası hesab etməkdədirlər. Bu əlifbanın udin əlifbası olduğunu iddia edənlər də var. Fəqət tarixi mənbələr alban yazısının udin dili əsasında deyil, qarqar – qıpçaq dili materialı əsasında yaradıldığını söyləyirlər və bu mübahisə götürməyən faktdır. O da faktdır ki, bu gün elmə məlum olan qıpçaq dillərindən heç birində 52 səs yoxdur.
E.ə. IV əsrdən eramızın VII əsrinədək dövləti olan, ən geci V əsrdən yazısı olan albanlarla kiçik bir tayfa olan udinlərin eyniləşdirilməsi heç bir məntiqə sığmır. Tarixçilərin qeyd etdiyi kimi, Qafqaz dillərindən, daha dəqiq desək, Nax-Dağıstan dillərindən heç biri Azərbaycan ərazisində heç vaxt ümumünsiyyət vasitəsi olmamışdır.
Albaniyanın mərkəz və aran rayonlarının əhalisi əsasən türk etnoslarının, Dağıstana yaxın ərazisi isə həm də Qafqaz-iberdilli etnosların yaşadığı bölgələr olmuşdur... Albaniyada əsasən üstün gələn türk dili ləhcələri (kanqar, bulqar, peçeneq, heptal/əbdəl və s.) qədim yerli türk dili ilə bir müddət yanaşı öz varlığını saxlayırdı, tədricən alban (arran) türk dilinin yaranmasına gətirib çıxarırdı.
Alban dilində ismin, eynən Azərbaycan dilində olduğu kimi, 6 halı olub. Yiyəlik hal şəkilçilərinin “-inq”, “-ınq”, yönlük hal şəkilçilərinin “-gə”, “-ğa”, təsirlik hal şəkilçilərinin isə “-nqi”, “-gi”, “-nqı”, “ğı” olduğu məlumdur. Digər hal şəkilçiləri bunlardır: “-də”, “-tə”, “-da”, “-ta” (yerlik hal) və “-dən”, “-tən”, “-dan”, “-tan” (çıxışlıq).
Miqdar sayları: bir, eki, üç, dört (tört), beş (biş), altı, yeti, sekiz (saqiz), doquz, un (on).
Sıra sayları: burungi, ekinçi, üçünçü, törtünçü, bişinçi, altınçı və s.
Zaur Aliyev
Dosent.
TEREF