İmamoğlunun atası və xanımının bağ evlərində axtarış aparıldı

9-04-2025, 11:30           
İmamoğlunun atası və xanımının bağ evlərində axtarış aparıldı
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl İstanbul şəhər bələdiyyəsinə qarşı davam edən istintaq çərçivəsində həbs edilən bələdiyyə sədri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlu və atası Həsən İmamoğlunun bağ evlərində axtarış aparıldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, partiya rəhbəri evlərdə iddia olunan dəllillərin tapılmadığını deyib.

“Bodrum və Çanaqqalada Əkrəm bəyin atası və həyat yoldaşının evlərində axtarış aparılıb. Evdən 690 dollar, 10 avro və lisenziyalı silaha aid bir neçə güllə tapılıb. Dünən bir şayiə də yayılmışdı: Dilək İmamoğlu və Həsən İmamoğlu həbs oluna bilər, çünki o evlərdə gizli seyflər, külli miqdarda pul və sursat olacağı düşünülürdü”, - Özəl bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru