BİR DAHA ETRUSK ƏQRABALAR BARƏDƏ
Bu gün, 12:54

BİR DAHA ETRUSK ƏQRABALAR BARƏDƏ:
2300 il yaş verilən aşağıdakı güzgü arxasındakı eskizdə
Ana ox atmaq təcrübəsi qazanmaq istəyən gənc oğlunu təcrübəli şəxsdən məsləhət almaq üçün onun yanına müşaiyət edir.
Onlar, keçmiş döyüşçünün yanına kaman üçün hansı metal növ oxdan istifadə etməyi öyrənməyə gəliblər.
Həyat təcrübsəi ilə zəngin ustad döyüşçü bunun üçün bürünc oxun daha sərfəli olduğunu məsləhət görür və güzgüdəki yazıya əsasən, o, gəncə ox almamışdan tərkibini ciddi yoxlamaq yolunu öyrədir.
Oxunan kəlmələr bunlardır:
OESAN UMİL NETHUNC
Bu cür modellləşdirilir: OESAN U MİL NE THUNC
Müasir Azərbaycanca belə səslənir: OYSAN, U MİL NƏ TUNC ?..
Niyə "oysan" ?
Bürünc (bronz), mis (Türkiyədə bakır- bizdə paxır *, qalay, alüminium, torpaq elementi silisium ve diğər elementlərin standart nisbətinin qarışığından hazırlanır. Dayanıqlılığı, nəmə karşı dirəncliyi və yüksək müqaviməti ilə xarakterizə edilir. Bu nedenle sənayedə, istehsalatda və inşaatda fəal tətbiq olunur. Bürüncün ən geniş işlədilən sahəsi heykəltaraşlıqdır.
Bu özəlliyi ilə də bürünc, Etrüskların yaşam tərzləri və gündəlik həyatları barədə məlumat verən ən vacib metal kimi dövrümüzə qədər gəlib çıxıb. Gördüyünüz kimi, ölüb getmiş İtaliya Türkü barədə onun bürünc əl güzgülərindən daha çox informasiya alırıq. Bu, tarixi həqiqətdir.
Bürüncün bürünc olub-olmadığını müəyyən etmək üçün bir neçə üsul var. Eskiz yazısında onu yoxlamaqdan bəhs edilir, bunun üçün ilkin mexaniki təzyiq təklif olunur. Eskizdə daha çox gəncin atası və gözəl xanımın əri təsirini bağışlayan müdrik insan alınacaq mili (oxu) mexaniki üsulla yoxlamaqdan danışır.
Bir metal parçasını düz bucaq altında əymək kifayətdir. Material bütövlüyü qoruya bilmir - qırılır. Ustadın dediyi yəqin bunlardır.
Bu mənada, "OYSAN" kimi oxunan kəlmə daha çox türkcədəki "ƏYSƏN" – sözünə oxşayır. Odur, güzgüdəki sözləri belə də ifadə etmək olar:
"BİR ƏYƏSƏN, GÖRƏSƏN, U MİL (OX) NƏ TUNC?".
___________________
* PAXIR - uzaq olmayan keçmişdə mis qablarımızı ildə bir dəfə qalaylayb ağartmaq təcrübəsi yaşlıların yadında qalar hər halda - onlar orqanizmi tədricən zəhərləyən mis oksidi - CuO - ilə örtülürdü.
Tariyel Azerturk
TEREF