Türkiyədə dəhşət — 2 uşaq anasını öldürüb doğradılar + VİDEO
7-12-2016, 22:40
Türkiyənin Adana şəhərində dəhşətli hadisə baş verib.
Ölkə.Az xəbər verir ki, Fatih K. Adlı bir kişi dalaşdığı qadını döyərək öldürüb. Daha sonra qadının bədənini bıçaq və balta ilə doğrayıb.
Qətlə yetirilən şəxsin 27 yaşlı Songül Erçil olduğu məlum olub. Onun 2 uşaq anası olduğu bildirilir. Ailəsi Almaniyada yaşayan qadın Adanada işləyərək övladlarını dolandırırmış.
Həbs olunan qatil Fatih K. Jurnalistlərə bildirib ki, əməlindən çox peşmandır:
“Heç vaxt əsəbi halda hərəkət etməyin. Əsəbinizi cilovlayın. Çünki sonradan öğzünüz də əziyyət çəkəcəksiniz”.
Türkiyə polisi faktla bağl cinayət işi açıb, araşdırmalar davam edir.