Klıcdaroğludan Türkiyəni qarışdıran açıqlama : “Türk ordusu martda İraqda PKK-nın yerləşdiyi Qəndil dağına girəcək, bayraq taxacaq, amma…” – CHP lideri sosial mediada xəyanətdə ittiham olunur
28-02-2017, 00:37
Türkiyədə Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Klıcdaroğlu partiyasının toplantısında sensasion iddia ilə çıxış edib. Avropa.info xəbər verir ki, Klıcdaroğlu hökumətin mart ayının sonunda Şimali İraqda PKK terror təşkilatının yerləşdiyi Qəndilə ordu yeridəcəyini, türk bayrağını burdan sacağını deyib. Bunu hökumətin referendum əfərəsində xalqın, xüsusilə də millətçilərin səsini almaq üçün edəcəyini deyən CHP liderinin iddiasına görə, türk ordusunun Qəndilə girəcəyi vaxt PKK-nın başqa bir bölgəyə keçəcəyini bildirib. Klıcdaroğlunun bu açıqlaması qardaş ölkədə sosial mediada sərt təpkilərə səbəb olub. Sosial media istfadəçələri belə bir plan varsa, Klıcdaroğlunu Türkiyənin məxfi əməliyyatlarını açıqlamaqda ittiham ediblər. Bəzi sosial media istifadəçiləri isə CHP liderini yalan danışmaqda ittiham ediblər. Hələlik hökumətdən məsələ ilə bağlı açıqlama yoxdur.