Azərbaycanda fəlakət:18 aylıq körpənin cəsədi tapıldı – İnsanlıq üçün utanc

28-04-2017, 09:50           

İranın Azərbaycan vilayətində baş verən daşqınlar zamanı itkin düşən daha bir nəfərin cəsədi aşkar edilib.

Axar.az xəbər verir ki, bunu “Mehr” agentliyinə açıqlamasında Şərqi Azərbaycan Böhran Mərkəzinin rəisi Xəlil Sai söyləyib. O, cəsədi aşkar edilən şəxsin 18 aylıq körpə olduğunu bildirib. Onun cəsədi daşqından 12 gün sonra Dizə kəndi yaxınlığında tapılıb. Bununla Əcəbşirdə itkin düşən bütün şəxslərin cəsədləri aşkar edilib.

Qeyd edək ki, aprelin 14-də Azərbaycan vilayətində güclü daşqınlar olub. Güclü daşqınlar ən çox Əcəbşir, Azərşəhr, Marağa, Sərab və Urmiyada müşahidə edilib. Təbii fəlakət ümumilikdə 49 şəxsin ölümünə səbəb olub. Daşqınlara görə İran parlamentindəki azərbaycanlı millət vəkilləri hökuməti kəskin tənqid ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru