Türkiyədə məzarı aşkarlanan çar Rusiyası generalının nəvəsi tapılıb

28-04-2017, 22:01           
Türkiyədə məzarı aşkarlanan çar Rusiyası generalının nəvəsi tapılıb
Türkiyənin Ərdahan bölgəsində çar Rusiyasının generalı Vasili Geymanın nəvəsi tapılıb.

“Report” CNNTürk-ə istinadən xəbər verir ki, generalın nəvəsi Boris Akimov məsələ ilə bağlı DNT analizi verməyə hazır oldğunun bildirib.

“Xəbərələri eşidər-eşitməz çox həyəcanlandım. Mən babamla bağlı çox araşdıma etmişəm. Ən son olaraq, onun Ermənistanın Gümrü şəhərində kütləvi məzarlıqda dəfn olunduğu haqqında məlumat əldə etmişdim. Ancaq orada dənf olunların siyahısında babamın adına rast gəlməmişdim. Çox məsələlər, o cümlədən vəfat tarixi, yer, general rütbəsi üst-üstə düşür. Mən generalın babam oldğunu təsdiqləmək üçün DNT analıziz verməyə hazıram” – Boris Akimov vurğulayıb.
Qeyd edək ki, Ərdahanada tikinti işləri ilə bağlı qazıntı aparlan zaman bu tabut aşkar edilib. Qəbrini çar Rusiyasının generalı Vasili Aleksandroviç Geymana məxsus olduğu müəyyən edilib. 1877-1878-ci illərdə Osmanlı ilə çar Rusiyası arasında Qafqaz uğrunda gedən müharibədə iştirak edib.
Xatırladaq, Türkiyə ilə Rusiya arasında Osmanlı ilə çar Rusiyası arasında gedən savaşlar nəticəsində həlak olanların meyitlərin qaytarılması və qorunması ilə bağlı uyğun müqavilə imzalanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.