Qırğızıstanda fövqəladə hadisə:torpaq altında qalanlar var

29-04-2017, 12:47           

Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ölkənin cənubundakı Oş bölgəsinin Özgən rayonunun Ayu kəndində torpaq sürüşməsi baş verib.

Azərtac RİA Novosti agentliyinə istinadla xəbər verir ki, torpaq sürüşməsi nəticəsində 10-a yaxın ailədən 20-dən çox insan torpaq altında qalıb. Hazırda xilasedicilər hadisə yerinə cəlb olunub.

Xatırladaq ki, Özgən rayonunda təxminən bir ay əvvəl baş verən torpaq sürüşməsi bir ailədən 6 nəfərin ölümünə səbəb olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru