Silahlı şəxs 7 nəfəri yaraladı

1-05-2017, 08:18           
Silahlı şəxs 7 nəfəri yaraladı
Türkiyədə alacaq-verəcək məsələsinə görə baş verən silahlı davada 7 nəfər yaralanıb.

Musavat.com-un məlumatına görə, hadisə Adana şəhərinin Yamaçlı məhəlləsində meydana gəlib. Vahit küçəsindəki bir kafeyə tərəf yeriyən silahlı şəxs küçədəki 7 nəfəri güllələyib. Bundan başqa, 3 obyekt və bir avtomobilə güllə dəyib. Hadisə yerinə polis və təcili yardım maşınları cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Hadisəni törədən şəxs isə hadisə yerindən qaçıb.



Araşdırma aparan polis silahlı şəxsin əsl hədəfinin qumarxana kimi fəaliyyət göstərən tütün dükanı olduğunu bildirib. Araşdırmalar və silahlı şəxsin tutulması yönündəki əməliyyat davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.