Makedoniya parlamentində qarşıdurma: Azərbaycan icmasının sədri dirəniş simvoluna çevrildi - VİDEO

1-05-2017, 16:33           

Makedoniyada alban əsilli deputat Tələt Cəfərinin parlamentə spiker seçilməsi ultrasağçı millətçilərin hücumu ilə müşahidə olunub.

Qeyd edək ki, Tələt Cəfəri Azərbaycanı dəstəkləyən siyasətçilərdən sayılır. Bu barədə makedoniyalı jurnalist Cabir Deko məlumat verib. "Onlarla deputat və media nümayəndəsi yaralanıb. Onların arasında Türk Hərəkat Partiyasının baş katibi, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Enes İbrahim ciddi xəsarətlər alıb.

Milli.Az xəbər verir ki, millət vəkilinin onlara qarşı ciddi dirənişi və müqaviməti Makedoniyada böyük rəğbətə səbəb olub. Onu dirənişin simvolu seçiblər.

Qeyd edək ki, Enes İbrahim Azərbaycan Balkanlarda müdafiə edən siyasətçilərdən sayılır. Keçən il diaspor üzrə jurnalist Elnur Eltürklə Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti yaradıblar.

Milli.Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.