Türkiyədə ardıcıl beş zəlzələ baş verib - YENİLƏNİB

2-05-2017, 07:53           
Türkiyədə ardıcıl beş zəlzələ baş verib - YENİLƏNİB
Türkiyənin Van vilayətində bir-birinin ardınca beş zəlzələ baş verib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 20:09 və 21:47 arasında Van vilayətinin Gevaş rayonunda qeydə alınıb. Onlardan ən güclüsü 5,4 bal olub.

Dağıntı və zərərçəkən yoxdur.

Qeyd edək ki, ötən gün adıçəkilən ərazidə 4,5 bal gücündə zəlzələ olub.

***

22:09

Türkiyənin Van vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yerli vaxt ilə 19:30-da qeydə alınan yeraltı təkanların episentri Van vilayətinin Gevaş rayonunda, ocağı isə 13 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkən yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru