Türkiyədən ABŞ və Rusiyaya: Xoş qarşılamırıq

2-05-2017, 09:46           

ABŞ və Rusiya terrorçulara qarşı legitim qüvvələrlə əməkdaşlıq etməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş deyib.

“Türkiyə söz olsun deyə əməliyyatlar keçirmir. Suriya və İraqda aparılan əməliyyatlar ölkə sərhədlərinin qorunması tələbindən irəli gəlib. Sözügedən bölgələr terror qruplaşmalarının cənnətinə çevrilib. ABŞ və Rusiyaya bunu tövsiyə edirik: Suriya və İraqın suverenliyini təmin etmək sülhün ən önəmli ünsürlərindən biridir. Rusiya və ABŞ legitim qüvvələrlə əməkdaşlıq etməlidir. Dostlarımızın Türkiyəyə zərər verən qruplaşmalarla birgə olmasını xoş qarşılamırıq və qəbul etmirik”, - Türkiyə rəsmisi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru