Türkiyə ordusu sərhəddə beton qüllə tikir, zirehli texnika üçün istehkamlar qazır –PKK-ya qarşı

2-05-2017, 10:30           

Türkiyə ordusu Suriyanın qərbində PKK/YPG terror təşkilatının nəzarətində olan Tel Abyad rayonu ilə üzbəüz olan Tatlıca, Hürriyət və Öncül məhəllələrindəki sərhəd xəttində zirehli texnikaların hədəfdən yayınması və düşmənə daha sərt cavab vermək üçün müdafiə xəttini möhkəmlətməyə başlayıb.

Strateq.az Türkiyə mediasına istinadən bildirir ki, ordunun istehkam bölümü bu gündən başlayaraq, sərhəddə zirehli texnikalar üçün sığınma (gözləmə) yerləri qazmağa başlayıb. Bununla yanaşı, daha uzaq məsafələri aydın müşahidə etmək üçün sərhəd xəttində betondan qüllələr tikilir.

Xatırladaq ki, aprelin 27-də adıçəkilən terror təşkilatı Akçakalədəki Türkiyə hərbi hissəsinə raket zərbələri endirmişdi. Türkiyə ordusu cavab atəşləri ilə terrorçuları susdurmuşdu. Həmin gündən sərhədə əlavə zirehli texnika və canlı qüvvələr səfərbər edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.