Evdən qaçan azərbaycanlı qadının əri onun toy şəklini görüb şoka düşdü - Foto

3-05-2017, 13:47           
Evdən qaçan azərbaycanlı qadının əri onun toy şəklini görüb şoka düşdü - Foto
İki yaşlı qızı ilə qaçan gəlin təzədən ərə gedib

Türkiyədə azərbaycanlı gəlin ərini atıb başqasına ərə getdi. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Gülər Sadıqova adlı qadın aprel ayında İstanbul Yenibosnadakı evindən 2 yaşlı qızı ilə birlikdə "mağazaya gedirəm" adı ilə evdən çıxıb.

Ailəsi ilə birlikdə İstanbulda yaşayan Gülər Fəxrəddinlə 2013-cü ildə ailə qurublar. 2015-ci ildə isə onların Özləm adlı qızı olub. Qadın əri ilə rəsmi boşanmasa da, valideynlərinin yanına köçüb. Ailəsi 18 gündür xəbər tuta bilmədiyi qadını axtarışa verib. Onlar hətta qadının əri tərəfindən şiddət gördüyünü, öldürülmüş ola biləcəyindən ehtiyat edərək televiziya kanallarına da müraciət ediblər. Onlar hətta kürəkənləri və onun qardaşları haqqında polis, prokurorluğa da müraciət ediblər. Prokurorluq dərhal qadının axtarışına başlayıb.

Gənc ananı axtarmaq üçün studiyaya gedəndə isə onun həyat yoldaşı, ailəsi şoka düşüb.

Qadının "Facebook"dan tanış olduğu bir 25 yaşlı Bəkir adlı gənclə qaçdığı və onunla toy etdiyi bəlli olub. Studiyada hətta onun gəlinliklə toy fotoları da nümayiş etdirilib.

Qızlarının öldürüldüyündən şübhə edən ana-atası da efirdə ondan imtina ediblər. "Ölsəydi daha yaxşı idi. Bizim elə qızımız yoxdur".

İki yaşlı qızı ilə evdən qaçaraq başqa kişi ilə ailə quran Gülər isə toy etdiyi gəncdən evli olduğunu gizlətdiyini bildirib. "Bəkiri çox sevirəm. Onu atmaram".



Qadının ilk əri (sağdan birinci)













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.