Rus komandirin türk əsgərinin dağıtdığı binaya baxışları - VİDEO

3-05-2017, 16:08           
Rus komandirin türk əsgərinin dağıtdığı binaya baxışları - VİDEO
Rusiyanın Suriyada yerləşən qoşunlarının komandirlərindən birinin Türkiyə ordusunun bombaladığı binaya qeyri-adi baxışları müzakirə mövzusu olub.

Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, maraqlı anlar Suriyanın Afrin şəhərində yaşanıb. Rus komandir Türkiyə ordusunun dağıtdığı binanı bir neçə terrorçu ilə bərabər gəzib. Onun Türkiyə əsgərlərinin dağıtdığı binaya baxışları geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Türkiyə ordusu YPG terrorçularının mövqelərini bombalayarkən binalardan birini dağıdıb.

Xatırladaq ki, Rusiya əsgərləri Türkiyənin terror təşkilatı kimi tanıdığı YPG silahlıları ilə bir mövqedən çıxış edir. Ötən gün Rusiya əsgərlərinin və YPG silahlılarının birgə çəkdirdiyi şəkillər yayılmışdı.

Rus Komutan Afrin'de TSK'nın Vurduğu Binalara... by haberler












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru