Daha bir mədən bağlandı: 500 azərbaycanlı işsiz qaldı

4-05-2017, 09:47           

Xalxal şəhərinin ən böyük mərmər mədəni bağlanıb.

Axar.az xəbər verir ki, Ərdəbil vilayətinin Xalxal şəhərində fəaliyyət göstərən 60 növ mədəndən ən böyüyü sayılan Xalxal Mərmər və Qranit mədəni bağlanıb və 500 nəfər işsiz qalıb.

İranın tikintidə istifadə olunan keyfiyətli bəzək daşlarının böyük hissəsini təmin edən bu mədən Xalxalda bağlanan ilk mədən deyil. Bundan əvvəl bir sıra sənaye və istehsal müəssisələri bağlanıb.

Xalxal Ərdəbil vilayətində işsizlik statistikasına görə öndə gedən yerlərdən biri sayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru