Belarus türk pomidoru problemini həll edir – Rusiya təşvişdə

4-05-2017, 13:27           
Belarus türk pomidoru problemini həll edir – Rusiya təşvişdə
Belorus bu ilin mart ayında rekord miqdarda türk pomidoru alıb.
Avropa.info xəbər verir ki, təkcə 1 ay ərzində Belorusun aldığı pomidorun miqdarı illik həcmi iki dəfə keçib. Lukaşenkonun bu qədər pomidor alması rusiyalı ekspertlərdə təşviş yaradıb. Onlar ehtiyat edirlər ki, girişinə qadağa qoyulmuş pomidorlar Rusiyaya satıla bilər. Rosselxoznadzor təkcə mart-aprel ayında Belorusdan Rusiyaya türk pomidoru gətirilməsi ilə bağlı 30 fakt aşkarlayıb.
Türkiyə Statistika İdarəsinin məlumatına görə, bu ilin mart ayında Belorus Türkiyədən 17,7 milyon ton pomidor alıb. 2015-ci ildə isə bu rəqəm cəmi 7,9 milyon dollar təşkil etmişdi. Belorusun 2017-ci ildə aldığı pomidorların məbləği artıq 27,2 milyon dollara çatıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.