Müəllim 7 yaşlı şagirdə hirslənib kürəyini dişlədi - ŞOK OLAY...

5-05-2017, 02:55           
Müəllim 7 yaşlı şagirdə hirslənib kürəyini dişlədi - ŞOK OLAY...
Türkiyənin İstanbul şəhərində yerləşən Böyükçəkməcə prospektindəki məktəblərin birində şok olay yaşanıb. Belə ki, müəllim 7 yaşlı şagirdi bərk döyərək ona xəsarətlər yetirib. Bundan da ürəyi soyumayan müəllim hətta şagirdin kürək nayihəsini dişləyib.

Moderator.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 7 yaşlı şagirdi döyən müəllim sinifdə olan şagirdlərə hədə-qorxu gələrək bildirib ki, əgər onlar bu haqda kiməsə desələr müəllim onları da döyəcək. Uşaqlar qorxularından bu barədə heç kimə məlumat verməsələr də hadisə gün işığına çıxıb.

Belə ki, döyülən uşağın vəziyyəti yaxşı olmadığına görə onu döyən müəllim məcbur olub şagirdi həkimə aparıb. Burada isə uşağın döyüldüyü məlum olub. Baş vermiş hadisədən sonra hüquq mühafizə orqanları müəllim haqda araşdırma başlayıblar. Məlum olub ki, həmin müəllim dərs dediyi digər siniflərdə də uşaqları döyürmüş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru