Tatarıstan Təhsil Nazirliyi tatar dilinin məcburi tədrisi barədə

8-09-2017, 13:24           
Tatarıstan Təhsil Nazirliyi tatar dilinin məcburi tədrisi barədə
Tatarıstan Respublikasında xeyli müddətdir ki, rusdilli əhali arasında tatar dilinin məktəblərdə icbari tədrisi ilə bağlı mübahisələr səngimək bilmir. Əhalinin bir qrupu Rusiyanın tərkibində olan bu respublikanın hökumətinə müraciət edərək, rusdilli məktəblərdə tatar dilinin tədrisinin dayandırılmasını tələb edir.

Virtualaz.org Tatarıstan Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, qurum tatar dilinin respublikanın bütün orta məktəblərində tədrisini qüvvədə saxlayıb.

Buna əsas kimi nazirlik Rusiya Federasiyası Konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq, respublikada rus dili ilə yanaşı, tatar dilinin də dövlət dili statusuna malik olmasını göstərib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.