Türkiyədə gözlənilməz iddia: - 15 iyul çevrilişi MİT-dən idarə olunurmuş

8-09-2017, 22:40           
Türkiyədə gözlənilməz iddia: - 15 iyul çevrilişi MİT-dən idarə olunurmuş
Türkiyədəki 15 iyul hərbi çevriliş cəhdini təşkil etməkdə təqsirləndirilən Akın Öztürkün kürəkəni Hakan Karakuş məhkəmədə şok iddia ortaya atıb. “Sputnik Türkiyə” xəbər verir ki, Hakan Karakuş çevriliş əmrini Milli Kəşfiyyat Təşkilatından (MİT) aldıqlarını bildirib.

H.Karakuş MİT-dən K.G. adlı şəxsin çevrilişi idarə etdiyini söyləyib: "Biz K.G. adlı şəxsin göstərişlərini icra edirdik. Səhərə yaxın çevriliş cəhdinin baş tutmadığı aydınlaşanda, K.G. bizə mesaj ataraq bildirdi ki, "hamınızın sonu çatıb, cəzanızı çəkəcəksiniz". Şok olmuşduq, heç nə anlaya bilmirdik".

Hakan Karakuş müdafiəsinin sonunda deyib ki, qayınatası Akın Öztürkün çevrilişdə əli yoxdur: "Qayınatamın heç bir günahı yoxdur".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.