Ərdoğanı qaçırmaq üçün 31 gəmi səfərbər olub

27-03-2018, 09:29           

Media vasitəsilə Ərdoğanın və adamlarının ölkədən qaçdığı təbliğ ediləcəkdi
Türkiyədə 2016-cı ildə həyata keçirilən dövlət çevrilişinə cəhdlə bağlı yeni faktlar açıqlanıb.

Unikal.org xəbər verir ki, Türkiyə hökumətinə yaxınlığı ilə tanınan "Yeni Şəfəq” qəzetinin məlumatına görə, 15 iyunda baş tutan hərbi çevriliş cəhdi gecəsi prezident Rəcəb Tayyib Ərdoğanı qaçırmaq üçün 31 gəmi səfərbər edilibmiş.

Qəzetin yazdığına görə, dövlət çevirilişinə cəhddə təqsirli bilinən FETÖ təşkilatının üzvləri 31 gəmi ilə Ərdoğanın hərəkət edə biləcəyi bütün dəniz yollarını bağlayıblar.

Məqsəd Ərdoğanı və onun hökumətdəki ən yaxın adamlarını, ona dəstək verən media nümayəndələrini gəmilərlə qaçırılıb okeanda bir neçə ay saxlanılacaqdılar.

Media vasitəsilə Ərdoğanın və adamlarının ölkədən qaçdığı təbliğ ediləcəkdi.

2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhd olub. Lakin bu, uğursuzluqla nəticələnib. Ərdoğan hərbi çevirilşə cəhddə ABŞ-da yaşayan Fətullah Güləni təqsirli bilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru