Türkiyədən sensasiya: - S-400 anlaşması ləğv edilə bilər

27-03-2018, 15:28           
Türkiyədən sensasiya: - S-400 anlaşması ləğv edilə bilər
Türkiyə ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemlərini alacağı halda Rusiya ilə S-400 anlaşması imzalamasına baxmayaraq, məsələyə yenidən baxılacaq.

Axar.az xəbər verir ki, bu sözləri TBMM Xarici İşlər komitəsinin sədri Volkan Bozqır deyib.

“ABŞ Konqresində “Rusiyadan S-400 alsanız, biz də sizə F-35 satmarıq” tipli bir fikir hakimdir. Təhdid deyil, ancaq əba altından dəyənək göstərmək psixologiyası ilə bunu edirlər. Bu həftə “Patriot”la bağlı təklif üçün ABŞ-dan ölkəmizə heyət gələcək. Bu təklif gəldiyi zaman əlbəttə ki, dəyərləndiriləcək. Biz texnologiya transferi və təklifin Konqresdən keçməsi üçün zəmanətdə israrlı olduğumuz üçün bu ana qədər “Patriot” anlaşması imzalaya bilmədik”, - Bozqır deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru