İŞİD-ə qoşulmuş 6 türk qadın edam ediləcək

2-04-2018, 23:03           

İraq Mərkəzi Cəza Məhkəməsi İŞİD terror təşkilatına üzv olduqları ittihamı ilə 6 türk qadınına ölüm hökmü oxuyub. Məhkəmə digər bir türk qadınını isə ömürlük azadlıqdan məhrum edib. Sözügedən məhkumların məhkəməyə uşaqlarıyla birlikdə gətirildikləri bildirilib. İraq Ali Məhkəməsinin mətbuat katibi Əbdülsəttar Bayraqdar fevralın 25-də verdiyi açıqlamasında İraq Mərkəzi Cəza Məhkəməsinin İŞİD üzvü olduqları ittihamı ilə 16 türk qadınına edam cəzası verildiyini diqqətə çatdırmışdı. Türkiyənin İŞİD üzvü olan vətəndaşlarını ölkəyə ekstradisiya etməyə səy göstərdiyi, lakin nəticə almadığı açıqlanmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.