Türkiyə Əsədə qarşı 35 minlik ordu yaratdı

14-08-2018, 07:11           
Türkiyə Əsədə qarşı 35 minlik ordu yaratdı
Suriyada Bəşər Əsəd rejiminə qarşı müxaliflərdən ibarət qurulmuş yeni Suriya Milli Ordusunun (SMO) arxasında dayanan gücün adı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, SMO-nun başçısı, polkovnik Xeytam Afisi birliyin Türkiyə tərəfindən qurulduğunu bildirib.

Bu barədə Röyters-ə danışan polkovnik hələ mübarizəyə yeni qoşulduqlarını və əsas düşmənlərinin Bəşər Əsəd, PKK və İŞİD terror təşkilatları olduğunu bildirib:

“Milli Orduya bütün dəstək Türkiyədən verilir. Başqa müttəfiq dövlət yoxdur. Türkiyə döyüşçülərimizin maaşlarını verir. Logistika və hərbi dəstəklər də təmin edir”.

Afisi SMO-ya yalnız göstərilən hədəflər üzrə atəş açmaq, vahid geyim forması geyinmək və Suriyada insan haqlarının qorunması üçün yaradılmış hərbi polislə işbirliyi içində olmaq göstərişi verildiyini bildirib.

Polkovnik Milli Orduya öz həbsxanalarını və məhkəmlərini qurmaq qadağasının olduğunu deyib. SMO-nun 35 min canlı qüvvəsi var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.