Türkiyə geri addım atır? - Branson işində sensasiyalı gəlişmə

14-08-2018, 13:16           
Türkiyə geri addım atır? - Branson işində sensasiyalı gəlişmə
Türkiyədə ev həbsində saxlanılan amerikalı keşiş Endryu Bransonun sərbəst buraxılacağı ilə bağlı məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Bransonun vəkili məhkəmədə iddia qaldırıb.

Türkiyə mediasının məlumatına görə, yaxın saatlarda bununla bağlı açıqlama yayılacaq.

Qeyd edək ki, Branson 2016-cı ildə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd edən Fətullahçı Terror Təşkilatına (FETÖ) dəstək verməkdə ittiham edilərək həbs olunub.

2 ildən çoxdur rəsmi Ankara keşişin ABŞ-a ekstradisiya edilməsi ilə bağlı Vaşinqtonun tələblərini geri çevirir.

Türkiyə hökumətinin bu addımına cavab olaraq, ABŞ qarşı tərəfə sanksiyalar tətbiq etməyə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru