Ermənistan Qarabağ savaşını "müsəlman-xristian" savaşı kimi dünyaya sırıyır, biz niyə onların dəyirmanına su tökək?

27-10-2020, 17:28           
Ermənistan Qarabağ savaşını "müsəlman-xristian" savaşı kimi dünyaya sırıyır,
Ermənistan və onların havadarları uzun illərdi Qarabağda etdiklərini, işğal faktını, torpaq ilhaqını "müsəlman-xristian" davası kimi göstərməyə, Dünyaya belə satmağa çalışır.
Teref.az xəbər verir ki, bunu ReAl fəalı politoloq Natiq Cəfərli yazır. Daha sonra Natiq bəy yazır:
Çünki, bu təqdimatdan dividetlər qazanırlar - halbuki, işğal faktının, erməni xislətinin dinlə əlaqəsi belə yoxdur.
Yaxşı, düşmən ölkə belə təqdim edirsə, bizə nə düşüb ki, o tələyə düşürük?! Nədən bəzi KİV-lərdə, sosial şəbəklərdə Ermənistanın bu tezisini təsdiqləyən şərhlər, çıxışlar, statuslar olur?!
Azərbaycan müsəlman Dövləti deyil, müsəlmanların, xristianların, yəhudilərin, hətta ateistlərin də qardaşcasına yaşadığı Sekulyar, Dünyəvi Dövlətdir! Hər bir şəxsin inancını özgürcə yaşqmaq haqqı var - Azərbaycan məhz belə Dövlət olma yolu ilə getməli, inanclı insanların öz inanclarını doya-doya yaşadığı məmləkət olmalıdır.
Ermənistan torpaqları işğal edib, etnik təmizləmə aparıb - bu beynəlxalq hüquqa, bütün dinlərə zidd addımdır! İşğalın dini olmur! Dinimiz, inancımız, İslam Dininin fəlsəfəsi məhz belə buyurur. Ona görə də Ermənistanın və onları dəstəkləyənlərin tezisini gücləndirəcək heç bir addım atmamalıyıq! Amma dinimizi, içimizdəki Allah sevgisini də qəlbimizdə daşımalıyıq!
Allah bütün millətlərdən və dinlərdən olan Əsgərimizi və Ordumuzu qorusun!
Teref.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.