Tovuzun sərhəd kəndləri 5 gündür ki, işıqsız qalıb

24-04-2019, 21:56           
Tovuzun sərhəd kəndləri 5 gündür ki, işıqsız qalıb
Tovuzun Ermənistanla sərhəd kəndlərində 5 gündür işıq yoxdu. Bu barədə rayondakı mənbələrimizdən məlumat almışıq. Məlumata görə, sərhəddə yerləşən Muncuqlu, Qoşa, Şıxheybət kəndləri işıqsız qalıb. Bundan başqa sərhədə yaxın Böyük Qışlaq, Hacilar, Çataq, Kazımlı, Çeşməli, Sofular, Seyidlər, Pələkli, ümumuyyətlə ona yaxın kəndə 5 gündür elektrik verilmir.
Elektrikin verilməməsinə səbəb Şıxheybət və Sofular kəndində elektrik dirəklərinin qırılıb aşmasıdır.
Məlumata görə, 5 gündür Azərişıqın rayon şöbəsinə məlumat verilsə də, heç bir tədbir görən yoxdur.
Cəmil Məmmədli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.