Göydə çənnət yaratmış Azəri bəgləri - Şəddadilər 5 –ci hissə

25-09-2020, 08:13           
Göydə çənnət yaratmış Azəri bəgləri -
1-ci hissə: https://teref.az/kose/166420-goyde-cennet-yaratmis-azeri-begleri-seddadiler.html

2-ci hissə: https://teref.az/kose/166576-goyde-cennet-yaratmis-azeri-begleri-seddadiler-2-ci-hisse.html

3-cü hissə: https://teref.az/kose/166654-goyde-cennet-yaratmis-azeri-begleri-seddadiler-3-cu-hisse.html

4-cü hissə: https://teref.az/kose/166792-goyde-cennet-yaratmis-azeri-begleri-seddadiler-4-cu-hisse.html



Digər tərəfdən, Məhəmməd peyğəmbərimizin adı da batinilikdə Maq-Maat (Qam-Maat) deməkdir və o hədislərdə - "Həqiqət mənim daxili vəziyyətidir" demişdir. Başqa sözlə, Məhəmməd obrazı - Atum/Maat Allahının obrazıdır. Onun pir-seyidlər nəsli də yalnız halallıqla yaşadıqda İlahi qüdrəti saxlayırlar. Baş kulinarımız Tahir bəy Əmiraslanovun sözlərindən belə çıxır ki, İrəvan mədəniyyətini yaradanlar, İlahi sirlərdən xəbərdar olan Azəri müqəddəslərinin nəsli olmuşlar.

Bu gün belə bir fikir formalaşmışdır ki, Şəddadilər kürdlərdir. Kürd deyəndə adətən - özlərinin ayrıca dili olan və Yaxın Şərqdə yaşayan toplum nəzərdə tutulur. Azərbaycanda yaşayan kürdlər - keçən əsrə qədər yalnız Azəri türkcəsində danışan, adətən kəndlərinin adında "Qara" və ya "Kürd" sözü olan türklərdir. Azərbaycanda çoxlu sayda "Kürd", "Qara" toponimi ilə bağlı kənd, qəsəbələr var ki, əhalisinin kürdlərə heç bir aidiyyatı yoxdur. Biz, "Kürd”, “Türk” adlarının mənşəyi və batini mənası" adlı məqalədə göstərmişik ki, Azəri kürdləri - qədim Misir mənbələrində Kerti, Osiris-Kerti adlanan farnbaqlar (firon-bəg), yəni Asar/Azəri türklərinin pir-bəglər nəslidirlər [47].

Mətnlərdə Kerti (Xertu), yəni kürd rəmzi – hər şeyi yaradan dirilik suyunu (Nun, Nil rəmzləri), bu dirilik suyundan yaradılmış “Dünya ağacını”, onun sahibi olan Amon Allahını və bu Allahın ayağının altında qalan mağaranı bildirir. Bunlar, Misirdə İri-Pati, yəni Ər-Yafət adlanan və Qor yolu ilə gedən Misir Allahların varisləridir və adi insanların tam əksi olan İlahi insanlardır. Batini məntiqdə sağa və sola oxunan samit-rəmzlər eyni şeyə aid edilir. Kürd, yəni “KRD” rəmzi də bu məntiqdə Türk, yəni “TRK” rəmzləri ilə eyni mənalıdır. Kerti/Xertu, yəni kürd rəmzi - Kür-Deo, Qor-Deo, Xor-Deo mənasında Qor Allahı deməkdir.

Qədim Assur, Misir mənbələrində Qor yolu ilə gedənlər deyəndə teurqlar, yəni tərikə yolu ilə gedən türklər nəzərdə tutulurdu. Onlar sufizmin Bəqa səviyyəsində İlahla vəhdətə nail olub, Asar Allahına çevrilmiş və ruhlarının əbədi yaşaması üçün göydə İrəm cənnəti yaratmışlar. Şəhid/Şəddad rəmzi də, əvvəldə yazdığımız kimi, Sadat rəmzidir ki, Sadatdan olanlar seyid, yəni şad adlanırlar. Bu mənada Şəddad rəmzi - "Seyid Dədə" kimi də açılır ki, ismaililərdə bu rəmz Seyidi-Duat, yəni ölüm şahlığının ağası deməkdir. Bu titul altında isə, rəvayətlərə görə Ələmut qalasında cənnət yaratmış Həsən İbn Sabbah nəzərdə tutulurdu. Ələmut rəmzi də batinilərdə El-Muta, yəni Midiyadakı Adəm Eli, Edem cənnəti və s. mənalarını verir. Deməli, Şəddad rəmzi özü - Cənnətin Ağası deməkdir.

Yardımlı rayonunda keçən əsrin ortalarına qədər, seyid-bəglər tanımadığı adama rast gələndə – “Kimlərdənsən? Seyidsən ya avamsan?” deyə soruşaraq, insanları iki qrupa – göy və yer insanına bölərdilər. Seyid-bəglərin, ölümsüz Allahlar nəslinin varisləri olması el arasındakı misalda da qalmışdır: “Avam (adi adam) doyunca, molla ölüncə, seyid isə öləndən də sonra yeyir”. Şad-seyidlərin öləndən sonra da qidalanmaları, onların ruhlarının İrəm cənnətidə ikinci xoşbəxt həyat qazanmaları ilə bağlıdır.

Məlumdur ki, Koroğlu dastanında Koroğlunun oğlu Kürdoğlu adlanır. Koroğlunun dirilik suyu içməsi, “dəniz atı”nı minməsi və göydən düşən qılıncla silahlanması, onun Xızır (Azər/Osiris) və s. mifik obrazlarla eyniliyi deməkdir. Koroğlu rəmzi - "Kor" və "Gel", yəni Gel elinin Qor Allahı anlamındadır və qədim mənbələrdə bu rəmz Herakl kimi keçir. Qədim mənbələrə görə, Gelə gələn Herakl, burada yarıqadın-yarıilan Yexidna (Xud-Ane) ilə cütləşir və bu izdivacdan ilandan doğulmuş mələklər nəsli, yəni bu gün də ad-soyadlarında "Mir" rəmzi olan seyid-bəglər nəsli yaranır. Batini mənada Herakl/Erakl rəmzləri elə Gelar deməkdir ki, bunlar da Azərbaycanın Cəlair Atabəglərinin elidir. Başqa sözlə, Kürdoğlu - Gel elindən olan Qor Allahı anlamlndadır və bu rəmz seyid-bəglərə, yəni şad-bəylərə aiddir.

Mühiddin İbn Ərəbiyə görə, Məhəmməd peyğəmbərin nəsli olan seyidlərə Süleyman pilləsi verildiyi üçün o bütün xalqlardan üstündürlər [14; 16]. Əl Məsudiyı görə isə Misir piramidalarını da Şəddadın bu nəsli tikilmişdir [48; 34]. Onları üstün, qüdrətli edən isə, İran yazılarında qeyd olunduğu kimi, onların Raman dünyası ilə vəhdətidir. Raman rəmzi - əvvəldə gələn günəş Allahı Ra-Amon deməkdir və mənbələrdə bu rəmz Arman kimi də yazılır. Məhz Azəri Türkü olan Nəsirəddin Mühəmməd Sökmən II - Xelatı (Gelat/Gelar) aldıqdan və "on iki şəhərə" yiyələndikdən sonra özünü Şahi-Ərmən, yəni Ra-Amon Allahı adlandırmışdı [49; 282].

Nəticə 23. İrəvan xanlığının mədəniyyəti Qacar İranın mədəniyyətidir və eyni şahlar nəslinə aiddir. Onların yaşayış kodeksi adi insanlardan fərqli olaraq İlahi harmoniyanın saxlanmasına hesablanmışdır ki, bu halda onlar da cəddləri (əcdadları) Ra-Amon Allahı kimi İlahi xüsusiyyətlərə malik olurlar. Azərbaycanda yaşayan Cəlair-Qacar şahlarının nəsli də bəzən kürd, yəni Qor Allahının yolu ilə gedənlər adlanır ki, Qacar rəmzi də bu mənada "Ağa Qor" rəmzinin ərəbləşmiş variantıdır.

Qədim Misir mətnlərində Bexdetli Qor, "öz yuvasında olan" və insan simalı aslan adlandırılır [17; 101]. Kitabi Dədə Qorqudda Qazan xan - "Amit soyunun aslanı" adlandırılır ki, Amit soyu da Mut/İmad/Atum və s. bənzər rəmzlərlə eynidir. Bu kitabda Qazan xan Dədə Qorqudun (Qor-Xuda) obrazıdır. Dədə Qorqud, yəni Dədə Qor Allahı isə elə Bexdetli Qor, yəni Dədə Qor bəgdir. Bəg/Bəqa rəmzlərinin iran, rus və s. mənbələrində Allah mənalarını verməsi məlumdur.

Bexdetli Qor rəmzi - "Bəg-Duat Qor" deməkdir və Qor Allahının Duat cənnətinin, sufizmin Bəqa səviyyəsində yaradılması mənasını da verir. Qədim Albaniya ərazisində sonradan yaradılan Qarabağ (Qor-Bəg) xanlığı da Qor yolu ilə gedən bəglərin elidir. Məlumdur ki, Qarabağ xanlığının əsasını Cavanşir sülaləsindən olan Pənahəli xan qoymuşdur. Cavanşir rəmzi batinilikdə Qavaon (Aqvan/Albaniya) və Aşur (Azər/Asar) rəmzlərindən yaranmışdır ki, bu da Osirisin Qeb ölüm dünyası deməkdir. Pənahəli, yəni Pənah Eli dedikdə isə mənbələrdəki PNX/FNX, yəni Fenxu [FNX] rəmzi (xalqı) nəzərdə tutulur [17; 553]. Quranda "FNX" rəmzi ilə eyni mənalı Hənif (HNF) rəmzi - Allaha müti olan, itaət edən İbrahim milləti deməkdir ki, əvvəldə yazdığımız kimi, yalnız Allahın qoyduğu qanuna tabe olanlar, Osirisin Qeb cənnətinə düşə bilər [13; 3:67,3:95,16:120,16:123]. İbrahim (İbra=Ra+Ba) milləti isə elə Qor yolu ilə gedənlərdir. Başqa sözlə, Qarabağ xanlığı göydəki cənnət mənasındadır və Qor yolu ilə gedən bəglərin ölkəsidir.

İrəvan xanlığının atributlarında, Qacar (Ağa-Qor) şahlarının rəmzi olan günəş və aslan təsvir olunur ki, bu da əvvəldə və axırda gələn Allah mənasındadır [50]. Qədim Misir rəsmlərində bu rəmz, Qeb və Nut Allahların ayaqlarının yanında təsvir olunur ki, bu da onun axirətə aid olması deməkdir. İslamda bu rəmz Bəsmələ anlamındadır və batini mənada Allahın - əvvəldə və axırda gələn Rəhman (Ra-Amon) və Rəhim (Ra-Qam/Qamər) olması deməkdir [51]. Sufi miniatürlərində eyni mənalı günəş və aslan rəmzləri təsvir olunur ki, burada aslan - imam Əli obrazıdır.

Gelatın (Xelat/Xaldeya) ismaili şiələrinin İsna-Aşəriyə dininə görə, axirətdə imam Əli gəlməlidir. Burada o, qədim Misirin Qor Allahının obrazında çıxış edib, ölmüş Asarı, yəni Osiris Allahını diriltməlidir. 5500 yaşlı İsna-Aşəriyə dininin adı Aşur rəmzindən yaranmışdır ki, bu da Asar (Osiris/Azər) deməkdir. Asarın matəm mərasimi isə bizə Aşura kimi məlumdur [52]. Qədim Misirdə Aşura mərasimi, Asar, yəni Osiris Allahının dirilməsi üçün xüsusi rituallarla keçirilirdi. Ölmüş Asarın fəqərə sütunu mənasında olan Tet və ya Ced sütunu Busiri (Busiris) şəhərinə gətirilirdi. Burada, ölmüş Asarın Ced sütunu təntənə ilə qaldırılırdı ki, bu da Osirisin ölmüş bədəninin bərpasını, yəni dirilməsini bildirirdi. Bu dirilmə isə eyni zamanda Asarın, Osirisin ölüm şahlığı olan Tetin, Duatın yenidən göydə yaranması demək idi.

Busiri rəmzi Basar formasında toponimlərimizdə Vedibasar, Gəncəbasar, Basarkeçər və s. kimi qalmışdır. Basar rəmzi "Ba-Asar" deməkdir ki, bu da Allahın Ba (Bəsmələ) ruhunun Asarla vəhdətini bildirir və Azərbaycan deməkdir. Azərbaycan adı da Azər-Bay-Can kimi açılır ki, buradakı Can rəmzi Cəbərut aləmi mənasındadır. AzərBay rəmzi isə elə Ba-Azər/Ba-Asar, yəni Basar deməkdir. Ba, Benu burada İlahla vəhdətə nail olmuş ruh, Asar/Azər, yəni Ra isə pir Amonun göydə ilkin materiyadan yaratdığı disk/şar anlamındadır. Ra-nın Ba ruhu ilə birləşməsindən isə Rəb (Ra+Ba), yəni Ra+Amon yaranmışdır. Qədim Misirdə Ba (Va) ruhu, cənnətdə quş formasında yaşayan Benu (Van) kimi də qeyd olunur. Bu isə Ra-Benu, Ra-Van mənasında Erebuni, İrəvan deməkdir.

Lakin qədim Misir mənbələrində Ra günəşi ilə birləşən ruh “saxu” da adlanır. U. Bac yazır: “Totun sözləri və kahinin duaları insan bədəninin mahiyyətinin “saxu”ya çevrilməsini məcbur edir və o göylərə qalxır. İnsan bədənində yaşayan ruh saxuya keçir və bu çürüməyən yeni bədən göylərdə ruhun bədənini təşkil edir, necə ki, yerdə fiziki bədən ruhun yerdəki evidir” [28; 143]. Saxu ruhunun Ra diski ilə birləşməsi «Sinuxetin nağılı»nda təsvir olunur: «Otuzuncu ilin, subasmanın üçüncü ayı, yeddinci günü, Allah özünün Göydəki sarayına (Günəş Allahının Göydəki evi) qalxdı, aşağı və yuxarı Misirin şahı Sexotepibre, O göyə ucaldı və Günəş diski (Ra) ilə birləşdi, «İlahi bədən», onu yaradana qovuşdu…» [79; 9]. Ra günəş diski ilə firon Amonun saxu ruhunun birləşməsindən isə Ra-Saxu, yəni Arsax/Arsak və ya Sokar rəmzləri yaranmışdır ki, bu da elə Ra-Amon deməkdir.

İsidor Xarakskiy xəbər verir ki, əbədi od, «Arsakın ilk dəfə şah elan olunduğu» Asaak şəhərində saxlanılırdı. Sebeos bu əbədi odu Qrat odu adlandırır ki, Atrpatakan ölkəsinin şahları, Atəş adlandırılan bu odu həmişə «özü ilə gəzdirərdilər». Qrat (QRT) rəmzi isə qədim Misirin Kerti (KRT) rəmzidir və o Sokaris/Sokar, yəni Arsak mağarası mənasındadır. Biz yuxarıda yazdıq ki, “Ölülər kitabı”na görə, Bexdetli Qorun düşmənlə vuruşduğu yeri Tot – “Aat-Şatet” adlandırır ki, Set fışıldayan ilan cildini alaraq bu vilayətdə yerin altına girir. Yerin altına girən ilan – ilkin materiyanın, yəni İlahi odun rəmzidir. Başqa sözlə, Arsakın, yəni Ra-Amon Allahın şah elan olunduğu yer, elə Ad-Şədadın mağarasıdır ki, burada ilkin materiya, yəni İlahi od mövcuddur.

M. Xorenatsiyə görə, Ormuzdun qurbangahda olan sönməz odu Baqavan şəhərində yerləşir. Baq rəmzinin bəg, van rəmzinin isə Alvan/Alban rəmzi ilə eyni mənada olmasını nəzərə alsaq razılaşarıq ki, bu bəglər şəhəri Albaniyada yerləşməlidir. Yəhudi yazılarında isə bildirilir ki, Vəhy çadırı qurbangahla birlikdə Qavaon şəhərində yerləşirdi. Lakin Qavaon [QVN] rəmzi eyni zamanda Aqvan [QVN], yəni Albaniya kimi də oxunur. Deməli, Arsak dedikdə - Qrat/Kerti ilkin materiyasının, İlahi odunun qorunduğu və Ra-Amon Allahının ərşə yüksəldiyi mağara nəzərdə tutulur. Bu isə o deməkdir ki, Arsak/Arsax da Atum/İmad dünyası anlamındadır və buna görə də mənbələrdə - o "möhkəmləndirilmiş vilayət", "möhkəm ölkə" adlandırılır. "Erməni coğrafiyası"na görə, Arsax/Arsak 12 inzibati vahidə bölünürdü ki, bu da göydəki dünyanın 12 hissədən ibarət olması ilə bağlıdır. Strabona görə Arsak nəsli - Ksandiya və ya Pariya adlanan Aparn-dailərdən törətmişlər [21; XI/IX:3]. Batini mənada Ksandiya - OğuzanDeo (Oğuz Allahı), Pariya - Pir (Böyük Ev), Aparn-dai isə Pirion-Deo, yəni Firon-Allah deməkdir. Başqa sözlə, Arsak nəsli - Xaos göylərindəki Böyük Evin (cənnətin) sahibi fironun, yəni Amon Allahın nəslidir. Pir rəmzinin qədim Misirdə "Böyük Ev" mənasını verməsi isə, bu elin - Gel şəhərində yaradılmış İqlim-Aran dünyası, yəni Azəri aranşahlarının Atum eli olması deməkdir. Arsakın məhz bu evinin altındakı Kerti mağarasında İlahi od saxlanılır.

Əl Kufiyə («Kitab əl Fütuh») görə, Arşak (Arsak) yeri Ərdəbil şəhərindən təxminin 45 km. yol məsafəsindədir ki, bura Yardımlı rayonu ərazisinə düşür. Əvvəldə gələn Ra-Amon Allahının ərşə yüksəldiyi bu cənub bölgəmizdə Asar rəmzi - Əsər kimi keçirsə, onun "yuxarısında" (iki mənada), yəni İrəvan-Gəncə bölgəsində Asar rəmzi Basar kimi keçir və Asar/Osirisin dirilməsi də Basar ərazisində qeyd olunur [54]. Bu isə o deməkdir ki, ölmüş Asarın/Osirisin zühurunu bildirən Tet/Ced sütunu öz zamanında İrəvan bölgəsində qaldırılacaqdır.

Qədim Misir yazılarına görə, dünyaya hökmran kimi gəlmiş Asar/Azər Allahı axirətdə 14 hissəyə parçalanıb öldürülür. Bununla da onun göydəki dünyasının sonu olur. Azər oğullarına qüdrət, xoşbəxt həyat verən İrəm dünyasının məhvi ilə birlikdə pir-bəglərin, seyid-şıxların ilahi xüsusiyyətləri itir. Onlar artıq söz və fikirlə yağış yağdıra bilmir, canlılara həyat və ölüm və s. verə bilmirlər. Cəddinin gücünü itirən Azər oğulları, heyvani insan kimi yaşamağa uyğunlaşmış düşmənləri ilə heyvani şəraitdə mübarizədə uduzur və qədim Türk yazılarında yazıldığı kimi, Allahın eli ölümə doğru gedir. Lakin yazılanlara görə, xalqının ən çətin günündə Allah öz müqəddəs elini ölümdən qurtaracaq və onun Azəri bəgləri yenidən bəşəriyyətə sahib olacaq. İnşaallah. Amin.

Nəticə 24. Alban şahlarının Qacar nəslinin atributlarında günəş və aslan təsvir olunur ki, bu əvvəldə və axırda gələn Allahların məhz bu el ilə bağlılığı deməkdir. Ra-Amon, yəni Rəhman Allahın müqəddəs Azərbaycan elinin axirətdə "ölməsi", əzəl yazıya uyğun baş verdi ki, bu da ilkin materiyanın əvvəlki xaos vəziyyətinə gəlməsinin zəruriliyi ilə bağlı idi. Yaradılışın təkrarlanması üçün bu ən əsas şərtdir. Məhz bu vəziyyətdə ilkin materiya, xaosdan ilk yaratdığını "xatırlayır" və ilkin materiyada yeni İqlim, yeni Atum Allahı var olur. Rəhman Allahın axirətdəki işi də bu yaradılışın həyata keçməsinə nəzarət etməkdir. İnşaallah Allah Öz işini yaxınlarda tamamlar.

Bütün bunlar haqqında daha geniş məlumatlar “Batini-Quran” kitabında və məqalələrimizdə verilmişdir.



Ədəbiyyat



1. Məqalə: "Истина о небесных и земных людях", sayt: https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1

2. А. Л. Хосроев «Александрийское христианство», М.,1991

3. Библия, М., 1994

4. М. Хоренаци, «История Армении»

5. Məqalə: "İrem", sayt: https://islamansiklopedisi.org.tr/irem

6. Ф. М. Асадов, «Арабские источники о тюрках в раннее средневековье», Б., 1993

7. Девид Рол, «Генезис цивилизации. Откуда мы произошли…» Эксмо," 2002

8. İrem Bağları ve Şeddad bin Âd, Sayt: http://www.ehlisunnetbuyukleri.com/Menkibeler/Meshurlarin-Son-Sozleri/Detay/Irem-Baglari-ve-Seddad-bin-Ad/658

9. Məqalə: “Ra-Amon Allahın Azər dağı”, Sayt: http://www.gilarbeg.com/?sehife=oxu〈=1&content=1259

10. “История Иранского государства и культуры”, М., 1971

11. Абу Хамид аль Газали, «Эликсир Счастья», http://www.klex.ru/cwo

12. Ф. М. Асадов, «Арабские источники о тюрках в раннее средневековье», Б., 1993

13. Quran

14. Ибн Араби, «Геммы мудрости», sayt: http://www.iph.ras.ru/~orien/win/publictn/bezels/ogl.htm

15. Məqalə: “Ledun elminin əsasları", sayt: http://gilarbey.blogspot.com/2013/03/ledun-elminin-saslar.html?m=1

16. Эрнест Альфред Уоллис Бадж, "Египетская религия. Представления египтян о загробной жизни", сайт: http://annales.info/egipet/baj/index.htm

17. Э. А. Уоллис Бадж, «Египетская Книга Мертвых», Эксмо, М.,2005

18. А. Лео Оппенхейм, «Древняя Месопотамия», М.,1980

19. Г. В. Носовский, А. Т. Фоменко, «Империя», М.,2000

20. Ал-Бухари, «Ал-Джами ас-сахих»

21. Страбон, "География"

22. И. М. Дьяконов, «История Мидии от древнейших времён до конца IV в. до н.э.», М.-Л., 1956

23. «Kitabi Dədə Qorqud», B., 1988

24. Б. А. Тураев, «История древнего востока», Том 2, Л, 1935

25. Алан Ф Эльфорд, «Путь Феникса. Тайны забытой цивилизации», Земля Мер, sayt: http://www.universalinternetlibrary.ru/book/26498/ogl.shtml#t130

26. «Трактат о Хаййе, сыне Якзана», сайт: http://enoth.narod.ru/Philosophy/ph04_ibnsina.txt

27. Мифологический словарь, М., 1990

28. У. Бадж, «Египетская религия. Египетская магия», M., 2000

29. «Упанишады», М., 2000

30. Г. А. Гейбуллаев, «К этногенезу азербайджанцев», т. I, Баку, 1991

31. M. Seyidov, «Azərbaycan mifik təfəkkürünün qaynaqları», B., 1983

32. Б. А. Тураев, «История древнего востока», Том 1, Л, 1935

33. О. И. Павлова, «Амон Фиванский», М., 1984

34. Д. Рол, «Утраченный Завет», сайт: http://lib.rus.ec/b/328508/read

35. Э. Е. Кормышева, «Религия Куша», М.,1984,

36. Ал-Ашари, «Разъяснение основ вероисповедания»

37. А. Т. Фоменко, Г. В. Носовский, «Новая хронология Руси, Англии и Рима», М., 2001

38. Ислам: «Энциклопедический словарь», М., 1991

39. И. В. Стеблева, «Поэтика древнетюркской литературы», M.1976

40. Məqalə: "Расшифровка Торы с помощью «язык птиц»: От Адама до левитов-алевитов", sayt: https://firudin.blogspot.com/2020/06/blog-post.html?m=1

41. Məqalə: "Assuriya qədim Azərbaycan ölkəsidir", sayt: http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html?m=1

42. Məqalə: "Budda - göydə Allah yaratmış Azəri bəgidir", sayt: http://gilarbek.blogspot.com/2013/09/budda-goyd-allah-yaratms-azri-bgidir.html?m=1

43. Məqalə: “Azəri, Azərbaycan nə deməkdir? Sirlər xəzinəsi", sayt: http://gilarbek.blogspot.com/2012/08/azri-azrbaycan-n-demkdir-sirlr-xzinsi.html?m=1

44. А. Даврижеци, «Книга историй», М.,1973

45. Məqalə: "Джалаиры – божественный род Геракла", sayt: http://gilarbey.blogspot.com/2018/04/blog-post.html?m=1

46. Məqalə: "Bilal Alarlının təqdimatında Fərhad Cavadov Alar haqqında", sayt: http://qafqazpress.az/medeniyyet/5091-bilal-alarlnn-tqdimatnda-frhad-cavad-alar-haqqnda.html

47. "Kürd”, “Türk” adlarının mənşəyi və batini mənası", sayt: http://gilarbek.blogspot.com/2017/11/kurd-turk-adlarnn-mnsyi-v-batini-mnas.html?m=1

48. В. Замаровский, «Их величественные пирамиды", М.,1981

49. К. Гандзакеци, “История Армении”, М., 1976

50. Məqalə: "Qurana görə axirətdə Allah gələcək", sayt: http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html

51. Məqalə: “Bəsmələnin rəmzlərlə ifadələri- Batini rəmzlər”, sayt: https://gilarbeg.wordpress.com/2020/09/20/b%c9%99sm%c9%99l%c9%99nin-r%c9%99mzl%c9%99rl%c9%99-ifad%c9%99l%c9%99ri-batini-r%c9%99mzl%c9%99r/

52. Məqalə: "Aşura haqqında ağlasığmaz həqiqətlər", sayt: http://gilarbey.blogspot.com/2013/03/asura-haqqnda-aglasgmaz-hqiqtlr.html?m=1

53. «Сказки и повести древнего Египта», Л., 1979

54. Məqalə: “Gəncə adının batini mənası”, sayt:

https://gilarbeg.wordpress.com/2020/09/20/g%c9%99nc%c9%99-adinin-batini-m%c9%99nasi/





Firudin Gilar Bəg

Sadıq Gilarbəyli












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.