"Xəstə Bakıda yaşayanlar yox, Bakı özüdür. Nə qədər ki, şəhər müalicə olunmayıb burda yaşayanlar sağalmayacaq”.

7-07-2020, 09:48           
"Xəstə Bakıda yaşayanlar yox, Bakı özüdür. Nə qədər ki, şəhər müalicə olunmayıb burda yaşayanlar sağalmayacaq”.
“Bütün zamanlarda xəstəliklərdən həmişə kasıblar əziyyət çəkiblər. İndiyə kimi eştimisinizmi ki, hansısa varlı-dövlətli, vəzifəli adam koronavirusa yoluxsun? Bu mümkün olan şey deyil”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Xalq artisti Bakıda köhnə, lazımsız binaların sökülməsinin vacibliyini vurğulayıb:

“Koronavirus dövlətli adamlar üçün yox, kasıblar üçündür. Bütün zamanlarda xəstəliklərdən həmişə kasıblar əziyyət çəkiblər. İndiyə kimi eştimisinizmi ki, hansısa varlı-dövlətli, vəzifəli adam koronavirusa yoluxsun? Bu mümkün olan şey deyil. Bu gün pandemiya xəstəsi Bakı şəhəridir və bununla bağlı ölkə başçısına müraciət etmək lazımdır. Bakı şəhərini elə günə qoyublar ki, şəhər nəfəs almır, ölü bir zonaya çevrilib. Ona görə də Bakı özü təmizlənməyənə kimi heç bir xəstəlik burdan təmizlənməyəcək. Bütün bu yarımçıq, əndrabadi binaları tikənlərin hamısı “moşşenik”lər, oğrular, Azərbaycanı çapıb-talayanlardı. Onlar bura heç bir xərc çəkmirlər. Köhnə məhlələrdəki binalar uçurdulmalı, onların yerində parklar salınmalıdır ki, şəhər nəfəs alsın. Bu gün Azərbaycanda tikilən yöndəmsiz binaların hamısı boş mənzillərlə doludur. Ölkədən çirkli pulları çıxara bilməyən adamlar başladılar özlərinə evlər almağa. Bütün binalarda yalandan işıq yandırırlar ki, guya burda yaşayış var. Bakı şəhərində bütün tikililər dayandırılmalıdır. Bunlar şəhərin mərkəzini niyə tikirlər? Şəhərin mərkəzini çox yükləmək olmaz, çünki ərazidə sürüşmə var. Dediklərim hamısı dövlət səviyyəsində həll edilməlidir. Hamı ölkəni çapıb-talayır. Ən dəhşətlisi odur ki, yığılan pullar xaricə ötürülür.
Mən ölkə rəhbərliyinə müraciət hazırlayıram. Yetmiş yeddi illik ömrümün altmış ilini kino tariximizə xidmət edən bir ağsaqqal, xalq sənətkarı kimi mənim də yaşamaq haqqım var. Amma dolana bilmirəm. Mənə ölkə başçısı ev hədiyyə edib, amma onu təmir edib köçə bilmirəm. Köməklik etsinlər. Bakıya gəlib bakılı olanlar, niyə şəhərə pislik edirsiniz, o qədər bina tikmisiniz ki, nəfəs almaq olmur. Burdan ölkə başçısına müraciət edirəm, maddi vəziyyətim çətindi, dolana, xəstəliklə bağlı küçəyə çıxa bilmirəm. Yenə çəkilişlərə gedirdik və indi o da yoxdur. Təkcə pensiya ilə yaşamaq mümkün deyil. Mənim yaşamaq haqqım var, haqqım təmin olunsun. Bu gün Bakıda rayonlardan qaçqın düşən vətəndaşlarımız var. Şəhərdə də iş-güc yoxdu, küçələrdə qalıblar. Deyirlər ki, hamı maska taxsın, amma qaydalara riayət edən yoxdur. Zorla heç nə əmələ gəlmir, zor özü zor yaradır. Dövlət təklif etsin ki, kim maska taxsa, ona əlli manat mükafat verəcəm, onda gör hamı maska taxır ya yox. İnsanlar maariflənmir. Küçələrdə sahibsiz nökərlər doludur. Xəstə Bakıda yaşayanlar yox, Bakı özüdür. Nə qədər ki, şəhər müalicə olunmayıb burda yaşayanlar sağalmayacaq”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.