Firmin Edouard Matoko: "Azərbaycanın UNESKO-dakı fəaliyyətini yüksək qiymətləndiririk"

20-11-2019, 08:21           
Firmin Edouard Matoko: "Azərbaycanın UNESKO-dakı fəaliyyətini yüksək qiymətləndiririk"
"Azərbaycan Respublikasının UNESKO üzrə Milli Komissiyasının işini yüksək qiymətləndiririk.

"Report"un Fransa bürosu xəbər verir ki, bu fikirləri UNESKO baş katibinin müavini Firmin Edouard Matoko təşkilatın Parisdəki mənzil qərargahında Azərbaycanın UNESKO üzrə Milli Komissiyasının 25 illiyi münasibətilə keçirilən tədbirdə bildirib.

UNESKO baş katibinin müavini Azərbaycanın bu qurumun tərkibində aktiv fəaliyyət göstərdiyini deyib: "Azərbaycan UNESKO tərkibində çoxsaylı tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır. Bakıda hər iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESKO-nun əsas tədbirlərindən birinə çevrilib. Azərbaycanın UNESKO-dakı fəaliyyətini yüksək qiymətləndiririk".

Firmin Edouard Matoko Azərbaycanın UNESKO-ya üzv olmaqla üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirdiyini bildirib: "UNESKO dəyərlərinə sadiqlik nümayiş etdirməklə yanaşı, Azərbaycan bu dəyərləri öz sərhədləri daxilində uğurla təbliğ edir. Azərbaycan gənc dövlət olmasına baxmayaraq hər zaman öz təcrübəsini bölüşməyə hazırdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.