ABŞ kəşfiyyatı açıqladı: Duqinin qızını Ukrayna öldürüb

6-10-2022, 12:48           
ABŞ kəşfiyyatı açıqladı: Duqinin qızını Ukrayna öldürüb
Prezident Vladimir Putinə yaxınlığı ilə tanınan rusiyalı filosof Aleksandr Duqinin qızı Darya Duqinanın qətlə yetirilməsini Ukrayna hökuməti həyata keçirib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı ABŞ kəşfiyyatı açıqlayıb.

Amerikalı rəsmilər ABŞ-ın sui-qəsddə iştirakının və planla bağlı heç bir məlumatının olmadığını bildirib.

“New York Times” nəşrinin yazdığına görə, ABŞ rəsmiləri sui-qəsddən sonra Ukrayna rəsmilərinə “Bu, çox pis oldu, yanlış addımdır” deyə irad bildirib.

“Tanınmış şəxslərə qarşı sui-qəsdin müharibə meydanındakı vəziyyətə heç bir təsiri yoxdur. Bu, Rusiyanın Ukrayna rəsmilərinə qarşı sui-qəsdlə cavab verməsinə səbəb ola bilər. ABŞ rəsmiləri Ukraynanın Rusiya ərazilərindəki gizli əməliyyatları haqqında şəffaf olmadıqlarına görə hirslidirlər”, - nəşr yazır.

Qeyd edək ki, Rusiya sui-qəsdin Ukrayna tərəfindən həyata keçirildiyini bildirsə də, rəsmi Kiyev bunu təkzib etmişdi. Lakin ABŞ kəşfiyyatı Rusiyanın dediklərini təsdiq edib.




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.