AMERİKALI GENERAL:"Türkiyədə ABŞ-a nifrət artıb; Ərdoğan Rusiya ilə yaxınlaşır, nüvə silahlarını "İncirlik"dən təcili çıxarmalıyıq"

18-11-2019, 00:13           
AMERİKALI GENERAL:"Türkiyədə ABŞ-a nifrət artıb; Ərdoğan Rusiya ilə yaxınlaşır, nüvə silahlarını "İncirlik"dən təcili çıxarmalıyıq"
Amerikanın Mərkəzi Avropa Ordu Komandanlığının Hava Qüvvələri rəisinin keçmiş köməkçisi, general Çuk Vald Türkiyə ilə bağlı sensasion açıqlamalar verib.

Strateq.az Haberler.com-a istinadla bildirir ki, general Türkiyənin artıq ABŞ-la eyni strateji hədəfi bölüşmədiyini qeyd edərək, “İncirlik”dəki nüvə başlıqlarının təcili İtaliyaya daşınmasının vacibliyini vurğulayıb:

“Türkiyədə Amerikaya qarşı artan nifrət və Ərdoğanın Rusiyaya yaxınlaşma arzusu mütləq diqqətə alınmalıdır. Bu səbəblərdən, Türkiyədəki “İncirlik” hərbi bazasında mövcud olan nüvə silahlarımızın yerini təcili dəyişmək mnəcburiyyətindəyik. Həmin nüvə başlıqlarının ən ideal məkanı Avropa torpağı – İtaliyadakı Aviano Hava Bazası ola bilər”.

“İncirlik”də ABŞ-ın 39-cu Qanad Qüvvələrində xidmət etdiyini xüsusi xatırladan general Vald həmin hərbi qüvvələrin də köçürülməsini məqsədəuyğun hesab edib: “Bu qüvvələrimiz də ya Kipr, ya da Yunanıstana köçürülməlidir. Bəli, etiraf etmək gərəkdir ki, yunanlar daha çox amerikalı hərbçilərinin ölkələrində olmasını istəyir. Eyni zamanda, onlar NATO-da getdikcə daha vacib rol almaq arzularını ifadə edirlər. Ona görə, 39-cu Qanad Qüvvələrini də yunan torpaqlarına yerləşdirmək gərəkdir. Bununla, həm də bir daşla iki quş vurmuş olacağıq”.

General “bir daşla iki quş vurmaq” fikirinin mahiyyətini isə açmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.