Rusiyadan Liviya-Türkiyə anlaşmasına reaksiya

14-12-2019, 09:42           
Rusiyadan Liviya-Türkiyə anlaşmasına reaksiya
İki ölkə ilə ortaq məxrəc tapmağa çalışırıq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko Aralıq dənizi üzrə Türkiyə-Liviya anlaşmasını şərh edərkən deyib.

“Demək olar ki, hər gün aktiv siyasi dialoq aparıb, bizim nöqteyi-nəzərimizdən mühüm olan regional təhlükəsizliklə bağlı bütün mövzuları müzakirə edirik. Liviya da siyasi əlaqələrimizin mərkəzindədir. Ümumi məxrəc axtarışındayıq”, - deyə diplomat bildirib.

Qeyd edək ki, Türkiyə ilə Liviya qanuni hökuməti arasında Aralıq dənizi ilə bağlı əldə edilən razılıq Türkiyənin dəniz sərhədlərini genişlədirməklə bərabər, qardaş ölkəyə bu ərazilərdə qazma-axtarış işləri aparmaq üçün geniş imkanlar yaradıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru