Ərdoğandan sərt xəbərdarlıq: “Sizin tərəfinizdə deyilik”

15-08-2020, 00:00           
Ərdoğandan sərt xəbərdarlıq: “Sizin tərəfinizdə deyilik”
“Lazım gələrsə, Birləşmiş Ərəb Əmirliklərindəki səfirimizi geri çağıra bilərik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Lazım gələrsə, səfirimizi Əbu Dabidən geri çağıra bilərik, çünki Fələstinin tərəfindəyik və hüquqlarını müdafiə edəcəyik”, - Ərdoğan bildirib.

Əlavə edək ki, İsrail və BƏƏ bundan əvvəl münasibətlərin tam normallaşdırılması barədə razılığa gəldilər. ABŞ-la birgə üçtərəfli bəyanatın şərtlərinə əsasən, İsrail öz suverenliyini İordan çayının Qərb Sahilinədək genişləndirmək qərarını müvəqqəti təxirə salacaq. Bundan əlavə, İsrail və BƏƏ müxtəlif sahələrdə müqavilələr imzalayacaq.

Fələstin rəhbərliyi artıq üçlü anlaşmanı pisləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.