Nazir, arvadını bıçaqlayan məmuru işdən qovdu - cinayət işi açıldı (FOTO-VİDEO)

25-09-2019, 16:11           
Nazir, arvadını bıçaqlayan məmuru işdən qovdu - cinayət işi açıldı (FOTO-VİDEO)
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sabirabad rayon şöbəsinin müdiri Bayram Mikayılov vəzifəsindən azad edilib.

Unikal.org-un məlumatına görə, Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev şöbə rəisini vəzifəsindən azad etmək barədə əmr imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov Unikal.org-a rüşvət faktını təsdiqləyib. O, bildirib ki, Bayram Mikayılov vəzifə funksiyasının icrası zamanı kobud nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib. Aşkarlanmış fakta hüquqi qiymətin verilməsi üçün material Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Məlum olub ki, Sabirabad rayonunda may ayında təyin olunmuş və ödənişi aparılan pensiya işlərinin araşdırılması zamanı 31 halda pensiya işində qanun pozuntuları müəyyən edilib.

Qeyd edək ki, B.Mikayılov DSMF-nin Saatlı rayon şöbəsinin müdiri vəzifəsində çalışarkən yaşlı kişinin təhqir etməsi, daha sonra paytaxtın Xətai rayonunda arvadı Gülnarə Cəbrayılovanı mübahisə zəminində bıçaqlaması ilə gündəmə gəlmişdi. Gülnarə Cəbrayılova Laçın rayonunun keçmiş icra başçısı Ramiz Cəbrayılovun qardaşı qızıdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru