Ağdam təhsilində biabırçılıq - Direktor "zavuç"-u xəstəxanalıq etdi

3-10-2016, 20:16           
Ağdam təhsilində biabırçılıq - Direktor "zavuç"-u xəstəxanalıq etdi
Ağdamda rayonundakı orta məktəblərdən birinin direktoru digər məktəbin direktor müavinini döyüb.


teref.az aznews.az-a istinadla xəbər verir ki, hadisə Səfərli kənd orta məktəbində qeydə alınıb. Belə ki, məktəbin direktor müavini Şirazi Ağayev tarix müəlliməsi Şahnaz Əliyevanın dərsə gəlməməsindən narazılıq edib.

"Zavuç” müəllimənin dərsə gəlməmə səbəbini öyrənmək üçün onun həyat yoldaşı Fəqani Səfərovla əlaqə saxlayıb. F.Səfərov isə ona ağır cavab verib. "Gəlməyib yaxşı edib, sənə nə?”- deyərək, Ş.Ağayevi hədələyib. Daha sonra o, direktor müavini ilə "söhbət” etmək üçün Səfərli kənd orta məktəbinə yollanıb. Burada isə kişilərin mübahisəsi böyüyüb.

Fəqani Səfərov Şirazi Ağayevə hücum çəkərək ona ağır bədən xəsarətləri yetirib. Yaralı Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, ilkin tibbi yardımdan sonra xəstə evə buraxılıb.

Məlumat üçün bildirək ki, Fəqani Səfərov Ağdam rayonunda yerləşən digər məktəbin – Baharlı kənd orta məktəbinin direktorudur.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru