Karnidən Trampa sərt cavab: Kanada satılmır!

7-05-2025, 12:44           
Karnidən Trampa sərt cavab:
ABŞ Prezidenti Donald Tramp və Kanada Baş naziri Mark Karni arasında görüş baş tutub.

Axar.az xəbər verir ki, görüş zamanı maraqlı dialoq yaşanıb.

Belə ki, Ağ Ev rəhbəri Kanada ilə ABŞ-ın birləşməsi mövzusuna yenidən qayıdıb və bildirib ki, belə bir hadisə “möhtəşəm izdivac” olardı.

Karni də cavabında ölkəsinin satılmadığını söyləyib:

“Kanada satılmır və heç vaxt satılmayacaq”.

Tramp da öz növbəsində Karniyə “Heç vaxt, heç vaxt demə!” deyə bildirib.

Karni də ardınca “Heç vaxt, heç vaxt, heç vaxt” kəlməsini 3 dəfə təkrarlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru