Qorxunc qəza: 4 ton ağırlığında maşın işçinin üstünə aşdı
1-04-2018, 20:16
4 ton ağırlığında olan kardon bükmə maşını tırdan forklift vasitəsilə endirilərkən Nizaməddin G. adlı işçinin üstünə aşıb.
GünAz.Org Haber7-yə istinadən xəbər verir ki, qorxunc qəza Türkiyənin İstanbul şəhərinin Beylikdüzü səmtində baş verib.
Ətrafdakı işçilər yoldaşlarını maşının altından çıxarmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. Sonradan hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Nizaməddin G. ağır yaralı halda yaxınlıqdakı özəl xəstəxanalardan birinə çatdırılıb.