Gürcüstanda şübhəli Ermənistan vətəndaşları saxlanıldı

24-11-2019, 11:53           
Gürcüstanda şübhəli Ermənistan vətəndaşları saxlanıldı
Gürcüstanda Ermənistan vətəndaşları saxlanılıb.

"Report" xəbər verir ki, şübhəli şəxslər Gürcüstanda sərhədçilər tərəfindən Ermənistana gedən avtobusda saxlanılıblar. Buna onların qadağan edilmiş yük aparmaları səbəb olub.

Faktı Ermənistanın Gürcüstandakı səfirliyi də təsdiqləyib. Səfirliyin əməkdaşları sərhəddəki nəzarət-buraxılış məntəqəsinə gəliblər.

Bundan əvvəl isə yerli mətbuat gömrük buraxılış məntəqəsində kokain və həşişin aşkarlandığını bildirib.

Hazırda faktla bağlı istintaq aparılır. Qeyd edilir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi qaldırılıb. Gürcüstanın Cinayət Məcəlləsinə əsasən qadağan edilmiş əşyaların daşınmasına görə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Məlumata görə, avtobusu Ermənistan vətəndaşı idarə edib. Faktla bağlı avtobusun bütün sərnişinləri sorğu-sual olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru