Anna Kurnikova Enrike İqlesiasdan dördüncü övladını gözləyir

Bu gün, 15:18           
Anna Kurnikova Enrike İqlesiasdan dördüncü övladını gözləyir
Tennisçi Anna Kurnikova və müğənni Enrike İqlesias dördüncü dəfə valideyn olmağa hazırlaşırlar.

Bu barədə "Hola!" jurnalı məlumat yayıb.

Cütlüyə yaxın mənbədən bildirilib ki, onların övladı ilin sonunda dünyaya gələcək. Həmin mənbənin sözlərinə görə, Anna Kurnikova hamiləliyin dördüncü və ya beşinci ayındadır. Qeyd olunub ki, tennisçi özünü yaxşı hiss edir.

Məşhurlar hələlik bu barədə yayılan şayiələrə münasibət bildirməyiblər.

Qeyd edək ki, ötən həftə Anna Kurnikova Mayami küçələrində üç övladı ilə birlikdə görüntülənib: əkizlər Nikolas və Lüsi, həmçinin 5 yaşlı Meri. Onun geniş ağ köynək və qara şort geyinməsi sosial şəbəkələrdə hamiləlik barədə söz-söhbətlərin yayılmasına səbəb olub.

Xatırladaq ki, Kurnikova və İqlesias 2001-ci ildən münasibətdədirlər. Onlar müğənninin "Escape" adlı mahnısına çəkilən klipin çəkilişləri zamanı tanış olublar. Cütlük 20 ildən çoxdur birlikdə olsa da, münasibətlərini uzun müddət rəsmiləşdirməyiblər.

2017-ci il dekabrın 16-da onların əkizləri - Nikolas və Lüsi dünyaya gəlib. 2020-ci il yanvarın 30-da isə Maşa adlı qızı doğulub. 2023-cü ildə cütlüyün gizli şəkildə evləndiyi məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru